18:14 06-01-2021
news_image
124
FUTBOL

Vəzifə verildi – veteran futbolçuya

Argentina millisinin sabiq futbolçusu Xavyer Maskeranonun yeni iş yeri bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Liverpul” və “Barselona” kimi klublarda oynamış yarımmüdafiəçi Argentina Futbol Assosiasiyasında çalışacaq.

O, qurumda yeni vəzifə alıb. 36 yaşlı futbol veteranı Argentina yığmalarının metodologiya və inkişaf departamentinin rəhbəri təyin olunub.

Qeyd edək ki, 2003-18-ci illərdə millidə 147 oyun keçirən yarımmüdafiəçi 3 qol vurub.