21:50 06-01-2021
news_image
228
FUTBOL

11 oyunluq seriyası bitdi – “İnter”in

İtaliyanın “İnter” klubunun məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi A seriyasının XVI turunda “Sampdoriya”ya uduzub.

Antonio Kontenin yetirmələri 11 məğlubiyyətsiz matçdan sonra xalsız qalıblar – 1:2. Milanlılar sonuncu dəfə oktyabrın 17-də uduzmuşdu.

Qeyd edək ki, mövsümdə ikinci dəfə uduzan “İnter” 16 oyundan sonra 36 xalla 2-cidir.