00:00 07-01-2021
news_image
266
DİGƏR NÖVLƏR

B planı - “Formula-1”də

“Formula-1” üzrə 2021-ci ilin dünya çempionatına İmola və Portuqaliya Qran-Priləri daxil edilə bilər.

Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçıları bu iki mərhələnin promouterləri ilə danışıqlara da başlayıb.

“Formula-1” rəhbərliyi yürüşlərin Bolonyadakı “İmola” avtodromu və Portuqaliyaya qayıtmasını ehtiyat variant kimi hazırlayır. Bu, təşkilatçıların baş tutması mümkün olmayacaq mərhələlərlə bağlı B planı hesab edilir. 

Avropada koronavirus pandemiyasının yenidən artması Çin Qran-Prisini sual altına salıb. Avstraliyadakı yarış da nəzərdə tutulduğu vaxt keçirilə bilməsə, mövsüm martın 28-də Bəhreyndə başlayacaq. Aprelin 18-də İmolada, mayın 2-də Portuqaliyada Qran-Pri təşkil olunacaq.

Belə olsa, Avstraliyadakı yarış noyabrın 21-nə təxirə salınacaq, Səudiyyə Ərəbistanı isə dekabrın 5-də yürüşü qəbul edəcək. Mövsümə yekun vuracaq Abu-Dabi Qran-Prisi dekabrın 12-nə keçiriləcək.