00:44 07-01-2021
news_image
71
FUTBOL

Alabaya 10 milyonluq təklif – “Liverpul”dan

Almaniyanın “Bavariya” klubunun futbolçusu David Alaba daha bir təklif alıb.

Apasport.az saytının məlumatına görə, İngiltərənin “Liverpul” klubu 28 yaşlı avstriyalı müdafiəçini heyətinə qatmaq istəyir.

Premyer Liqa təmsilçisi Alabaya ildə 10 milyon avro maaş təklif edib. Liverpullular futbolçunu yayda azad agent kimi heyətində qatmağı planlaşdırır.

Qeyd edək ki, Alaba İspaniya “Real”ının da transfer siyahısında yer alıb.