02:07 07-01-2021
news_image
141
FUTBOL

“Milan”ın seriyasını qırdı – “Yuventus”

“Milan”ın İtaliya A seriyasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Apasport.az saytının məlumatına görə, Stefano Piolinin yetirmələri XVI turun “Yuventus”la ev matçında 1:3 hesabı ilə uduzub.

Milanlılar sonuncu dəfə 2020-ci il martın 8-də “Cenoa”ya məğlub olmuşdu. 27 oyunluq seriya müddətində 20 qələbə qazanan “rossonyeri” 7 heç-heçə edib

Uduzsa da, qol vuran “Milan” ardıcıl 36-cı matçda meydanı fərqlənmədən tərk etməyib. Piolinin komandası “Yuventus”un 2017-ci ildəki rekorduna 8 oyunu qalıb.

Qeyd edək ki, “Yuventus”la son üç görüşdə uduzmayan milanlıların bu seriyası da qırılıb. Ötən mövsüm çempionatda 4:2 hesablı qələbə qazanan Piolinin komandası kubokda iki heç-heçə edib – 1:1, 0:0.