09:00 07-01-2021
news_image
251
FUTBOL

İlin dəyəri seçildi – Messi

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi daha bir fərdi mükafat qazanıb.

Apasport.az saytının məlumatına görə, İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko və La Liqanın prezidenti Xavyer Tebasın başçılıq etdiyi münsiflər heyətinin qərarı ilə Leo 2020-ci ilin dəyəri seçilib.

Argentinalı Barselonadakı dünyanın ən böyük uşaq xərçəng xəstəliyi mərkəzi olan Sant-Xoan de Deu xəstəxanasının tikintisinə yardımına görə bu mükafata layiq görülüb.

Basketbolçu qardaşlar Mark və Pau Qasol yaratdıqları vəqfə görə də xüsusi mükafat alıblar.