09:09 07-01-2021
news_image
314
FUTBOL

“Liverpul”un rekorduna şərik oldu - “Mançester Siti”

İngiltərə Liqa Kubokunun yarımfinalında “Mançester Yunayted”lə qarşılaşan “Mançester Siti” 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” ardıcıl 4-cü dəfə bu uğura imza ataraq rekorda şəkil olub.

Ardıcıl 4 dəfə bu turnirin finalına qədər irəliləyən ilk komanda “Liverpul” olub. “Qırmızılar” 1981-1984-cü illər aralığında bu göstəriciyə imza atıb. Komandasının rekorda şərik olmasını dəyərləndirən “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bunu möhtəşəm uğur hesab edib: “Bu turnirin Çempionlar Liqası olmadığını bilirəm. Ancaq ardıcıl dörd dəfə finala çıxmaq inanılmazdır. Komandamın keyfiyyətindən çox təsirləndim”.

Qeyd edək ki, “Mançester Siti” final matçını aprelin 25-də “Uembli” stadionunda “Tottenhem”ə qarşı keçirəcək.