10:51 07-01-2021
news_image
885
FUTBOL

Arzusunda olduğu 11 qol - Messinin

XXI əsrin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2001-20-ci illərdə milli çempionatların yüksək liqasında 150-dən çox qol vuranları müəyyənləşdirib.

Cədvələ portuqaliyalı Kriştiano Ronaldo başçılıq edir. Onun hesabında 462 top var.

İkinci sırada qərarlaşan argentinalı Lionel Messi 11 qol geri qalır. İsveçli Zlatan İbrahimoviç 379, uruqvaylı Luis Suares 332, sinqapurlu Aleksandar Duriç 304 qola sevinib.

İlk “onluq”da maldivli Ali Aşfaq (287), polşalı Robert Levandovski (285), kamerunlu Samuel Etoo (282), ispaniyalı David Vilya (280) və bolqarıstanlı Martin Kombarov (278) da yer alıb.

Azərbaycan futbolçularının yer almadığı siyahıda Türkiyənin bir təmsilçisi var. 214 qol vuran Burak Yılmaz dünyada 42-cidir. 

Qeyd edək ki, ümumilikdə cədvəldə 150-dən çox qol vuran 78 futbolçu yer alıb.