12:36 07-01-2021
news_image
368
FUTBOL

“Qalatasaray” danışıqlara başladı – Kahveçi ilə

Türkiyənin “Qalatasaray” klubu “Başakşəhər”in futbolçusu İrfan Can Kahveçinin transferi ilə bağlı danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” son çempiona iki fərqli təkliflə müraciət edib.

“Qalatasaray” İrfanın keçidi üçün iki futbolçusu – Mbaye Diaqne ilə Emre Akbabanı, üstəlik 2 milyon avro ödəmək istəyir. Bu variantla bağlı klublar arasında görüş də baş tutub.

Ardınca “Qalatasaray” türkiyəli yarımmüdafiəçi üçün Diaqne və Luindulanı verməyə razı olub. “Başakşəhər” rəhbərliyinin ikinci təklifə daha meylli olduğu iddia edilir.

Amma “Qalatasaray”ın son çempionun bir deyil, iki futbolçusunu istədiyi də bildirilir. “Cim-Bom” Kahveçi ilə Entso Krivelini heyətinə qatmaq istəyir. Bu iki oyunçunun əvəzinə Diaqne və 5 milyon avro verməyi düşünür. “Başakşəhər” isə bundan əlavə daha iki futbolçunun Yunus Akgünlə Atalay Babacanın da keçidini istəyir.