14:06 07-01-2021
news_image
328
FUTBOL

Premyer Liqa klubu “Firentina”dan geri qaytardı - hücumçusunu

İngiltərənin “Vulverhempton” klubu futbolçusu Patrik Kutroneni geri qaytarıb.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

İcarə əsasında İtaliya “Fiorentina”sında çıxış edən hücumçu vaxtından əvvəl geri dönüb. Belə ki, Kutrone cari mövsümü Florensiya təmsilçisində keçirməli olan forvard “canavarlar”ın sırasına qayıdıb. Buna komandanın əsas hücumçusu Raul Ximenesin ciddi zədələnməsi səbəb olub.

Qeyd edək ki, Kutrone cari mövsüm A seriyasında 11 oyun keçirib.