14:37 07-01-2021
news_image

Yığmamızın kapitanı karyerasını bitirdi – millidə məşqçi işləyəcək

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını başa vurub.

Azərbaycan Güləş Federasiyasından (AGF) apasport.az saytına veriələn məlumata görə, titullu idmançı bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. 

AGF-in prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən Cəbrayıl Həsənov sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunub. Millidə Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyev məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Bu gün Namiq Əliyev gənc mütəxəssisə idmançı kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Federasiyanın rəhbəri bundan sonra sərbəst güləş üzrə böyüklər ibarət yığma komandanın kapitanının Şərif Şərifov olacağını bildirib.

Qeyd edək ki, Cəbrayıl Həsənov Rio Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2 dəfə dünya ikincisi, 3 dəfə Avropa çempionu, ilk Avropa Oyunlarının bürünc medalçısı olub. Həsənov ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.