15:12 07-01-2021
news_image
633
FUTBOL

Argentina millisini çalışdıra bilər - Dieqo Simeone

İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeonenin adı yenidən Argentina millisi ilə birgə hallanır.

Apasport.az saytının məlumatına görə, Argentina Futbol Assosiasiyası bu variantı nəzərdən keçirməyə başlayıb.

Assosiasiya rəhbərliyi təcrübəli mütəxəssisi yığmanın sükanı arxasına gətirməyin yollarını axtarır. 51 yaşlı çalışdırıcı buna müsbət yanaşarsa, onunla rəsmi danışıqlara start veriləcək.

Qeyd edək ki, “Atletiko” Simeonenin rəhbərliyi altında 500-dən çox oyun keçirib. Onun klubla müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.