15:21 07-01-2021
news_image
486
FUTBOL

“Arsenal”ın ilk transferini açıqladı – Arteta

“Herta”nın futbolçusu Omar Rekik karyerasını “Arsenal”da davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Premyer Liqa klubunun baş məşqçisi Mikel Arteta verib.

Gənc mütəxəssis tunisli mərkəz müdafiəçisinin onlara əlavə güc qatacağını düşünür: “Rekik bir müddətdir izlədiyimiz gənc və istedadlı futbolçudur. İnanırıq ki, onun uğurlu bir gələcəyi var və komandamıza böyük köməyi dəyəcək”.

“Arsenal”la tezliklə münasibətləri rəsmiləşdirəcək 20 yaşlı oyunçu bununla İngiltərəyə qayıdacaq. “Mançester Siti”nin yetirməsi olan Tunis millisinin üzvü 2017-ci ildən bəri “Herta”nın formasını geyinib. 

Rekik “topçular”ın qış fasiləsində ilk rəsmi transferi olacaq.