15:45 07-01-2021
news_image
1548
FUTBOL

“Sumqayıt” müqaviləsinə xitam verir – iranlı futbolçunun

Qış transfer çalışmalarını davam etdirən “Sumqayıt” yola salacağı ilk futbolçunu müəyyənləşdirib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi Adəm Həmati ilə yollarını ayırmaq qərarına gəlib.

İranlı yarımmüdafiəçinin müqaviləsi davam etsə də, tərəflər buna xitam verilməsi yönündə danışıqları yekunlaşdırmaq üzrədir. Ötən ilin yayında İranın “Pars” klubundan gətirilən Həmati yaxın günlərdə “kimyaçılar”la vidalaşacaq. 26 yaşlı orta sahə oyunçusu bu mövsüm Premyer Liqada 12 matçda iştirak edib.

Qeyd edək ki, “Sumqayıt” dövrələrarası fasilədə hələlik yalnız müdafiəçi Cabir Əmirlini “Neftçi”dən icarəyə götürüb.