17:16 07-01-2021
news_image
393
FUTBOL

Transfer siyasətini dəyişdi – “Liverpul”

İngiltərənin “Liverpul” klubu qış fasiləsində transfer planlarını dəyişib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi heyətdə dəyişiklik etmək niyyətində deyil.

Mərkəz müdafiəçiləri Vircil van Deyk və Co Qomes zədəli olmalarına baxmayaraq, “qırmızılar” qış transfer dönəmində arxa xəttə heç kimi almayacaq. Rəhbərlik transfer strategiyasına zidd olan tələsik keçid həyata keçirmək istəmir. Baş məşqçi Yurgen Klopp də açıqlamasında transfer xatirinə kimisə almağın mənasız olduğunu bildirib.

Qeyd edək ki, “Liverpul” hazırda Premyer Liqada 33 xalla turnir cədvəlinə başçılıq edir.