17:57 07-01-2021
news_image
386
FUTBOL

PSJ-yə lazım deyil - Eriksen

“İnter”in yarımmüdafiəçisi Kristian Eriksenin PSJ-yə transferi baş tutmayacaq.

Apasport.az xəbər verir ki, bununla bağlı Fransa klubu “neradzurra”nı məlumatlandırıb.

Paris təmsilçisinə Maurisio Poçettinonun baş məşqçi təyinatından sonra onun “Tottenhem”dən tanıdığı danimarkalını sərəncamında görmək istədiyi bildirilirdi. Lakin PSJ rəhbərliyi İtaliya klubu ilə əlaqə saxlayaraq, 28 yaşlı orta sahə oyunçusu ilə maraqlanmadığını bildirib.

Qeyd edək ki, Kristian Eriksen “İnter”ə bu ilin yanvarında 27 milyon avro qarşılığında “Tottenhem”dən keçib.