23:21 07-01-2021
news_image
359
FUTBOL

Zidansız qaldı – “Real”

“Real” İspaniya La Liqasının XVIII turunda “Osasuna” ilə oyunu baş məşqçisiz keçirə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb “kral klubu”nun çalışdırıcısı Zinəddin Zidanın koronavirusa yoluxma riskinin olmasıdır.

Fransalı mütəxəssis təmasda olduğu yaxınlarının koronavirusa yoluxması səbəbindən özünü təcrid edib. Zidan artıq bugünkü məşqdə iştirak etməyib. Onun “Osasuna” ilə görüşdə texniki zonadakı yerini tutub-tutmayacağı koronavirus testinin nəticəsinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, “Osasuna” – “Real” oyunu yanvarın 9-da keçiriləcək.