23:39 07-01-2021
news_image
232
FUTBOL

Yeni baş məşqçisini açıqladı – A seriyası klubu

İtaliya A seriyası təmsilçisi “Parma”nın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, klub A seriyasının XVI turunda “Atalanta” (0:3) ilə görüşdən sonra istefaya göndərilən Fabio Liveranini kimin əvəzləyəcəyini açıqlayıb.

Boş qalan posta 2016-2020-ci illərdə bu vəzifəni icra etmiş Roberto Daversa gətirilib. Ötən ilin yayında komandadan ayrılan 46 yaşlı mütəxəssis yenidən qaytarılıb. Klub hətta onun köməkçilərinin adını da ictimaiyyətə bildirib.

Qeyd edək ki, “Parma” hazırda 12 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşır.