00:00 08-01-2021
news_image
527
FUTBOL

Ən dəyərli futbolçuları – La Liqanın

İspaniya La Liqasında çıxış edən futbolçuların transfer dəyəri yenilənib.

Apasport.az saytının məlumatına görə, birinci yerdə “Atletiko”nun yarımmüdafiəçisi Joao Feliks qərarlaşıb.

Portuqaliyalı gənc oyunçunun qiyməti 100 milyon avroya bərabərdir. Onu komanda yoldaşı qapıçı Yan Oblak izləyib. 3-4-cü yerləri isə “Barselona”nın kapitanı Lionel Messi ilə gənc ulduzu Ansu Fati bölüşüb.

La Liqanın ən dəyərli 15 futbolçusu:
1. Joao Feliks (“Atletiko” - 100 milyon avro)
2. Yan Oblak (“Atletiko” - 90 milyon)
3-4. Lionel Messi (“Barselona” - 80 milyon)
3-4. Ansu Fati (“Barselona” - 80 milyon)
5-6. Tibo Kurtua (“Real” - 75 milyon)
5-6. Mark-Andre ter Ştegen (“Barselona” - 75 milyon)
7-10. Federiko Valverde (“Real” - 70 milyon)
7-10. Mikel Oyarzabal (“Real Sosyedad” - 70 milyon)
7-10. Kasemiro (“Real” - 70 milyon)
7-10. Rafael Varan (“Real” - 70 milyon)
11-12. Frenki de Yonq (“Barselona” – 65 milyon)
11-12. Xose Ximenes (“Atletiko” – 65 milyon)
13-15. Saul Niges (“Atletiko” – 60 milyon)
13-15. Koke (“Atletiko” - 60 milyon)
13-15. Antuan Qrizmann (“Barselona” - 60 milyon)