00:16 08-01-2021
news_image
289
FUTBOL

Premyer Liqa klubundan nümunəvi addım – peyvənd üçün

İngiltərənin “Lids” klubu nümunəvi addımla diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi stadionunun bəzi sahələrini koronavirus peyvəndləri üçün İngiltərə Səhiyyə Nazirliyinin sərəncamına verib.

“Elland Roud” arenasının binalarından biri koronavirusa qarşı peyvəndlərin vurulması üçün istifadə olunacaq. Həmin binaya 2800 nəfər yerləşdirilə bilər. Nazirlik “Elland Roud”un İngiltərənin şimalındakı ən böyük peyvənd mərkəzlərindən biri olmaq üçün uyğun məkan olduğunu düşünərək müraciət edib və klub buna müsbət cavab verib.

Əsas magistral yoldan stadiona daxil olmaq asandır və arenanın geniş avtomobil dayanacaqları mövcuddur.