00:42 08-01-2021
news_image
324
FUTBOL

Transferə çıxardığı ilk futbolçu – PSJ-nin

Fransanın PSJ klubu qış fasiləsində satacağı ilk futbolçunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Yulian Draksler transferə çıxarılacaq.

Müqavilə müddəti mövsümün sonuna qədər olan almaniyalı oyunçu özü komandada qalmaq niyyətindədir. Lakin idman direktoru Leonardo və yeni baş məşqçi Maurisio Poçettino gələn həftə Drakslerin durumunu müzakirə edəcək və futbolçunu razı salmağa çalışacaq.

Qeyd edək ki, Yulian Draksler PSJ-yə 2017-ci ilin yanvarında Almaniyanın “Volfsburq” klubundan keçib.