01:23 08-01-2021
news_image
237
FUTBOL

Ağır zədədən qaçıb - Riberi

İtaliyanın “Fiorentina” klubunun hücumçusu Frank Riberinin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, A seriyasının XVI turunda “Latsio” ilə maçın 38-ci dəqiqəsində əvəzlənən fransalı ulduz futbolçunun zədəsi gözlənilən qədər ciddi deyil.

İlkin tibbi müayinənin ardından Riberinin diz bağlarında zədələnmə aşkarlanmayıb. Həkimlər 38 yaşlı oyunçunun vəziyyətini qiymətləndirəcəklər. Onun tezliklə yaşıl meydanlara dönəcəyi bildirilib.

Qeyd edək ki, “Latsio”ya 1:2 hesabı ilə məğlub olan “Fiorentina” 15 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alıb.