09:16 08-01-2021
news_image
357
FUTBOL

“Liverpul” önünə gənclərlə çıxacaq – “Aston Villa”

“Aston Villa” klubu İngiltərə kubokunun 3-cü mərhələsinin “Liverpul”la oyununa gənclərdən ibarət komanda ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb əsas komandada koronavirusa yoluxanların olmasıdır.

Qarşılaşmada U-23-ün üzvləri iştirak edəcək. Komandanı oyuna Din Smit deyil, gənclərin baş məşqçisi Mark Dileyni çıxaracaq.

Qeyd edək ki, Birminhem təmsilçisi koronavirus səbəbindən “Bodimur Hit” bazasını bağlayıb və son məşqini ləğv edib. “Liverpul”la kubok görüşü bu gün baş tutmalıdır.