09:27 08-01-2021
news_image
765
FUTBOL

“Doqquzluq” – 500-ü arxada qoyanlar

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) karyerası ərzində bir klubda ən çox qol vuranların siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, cədvələ 500-dən çox qol vuran oyunçular daxil edilib.

İndiyədək yalnız 9 futbolçu buna nail olub. Siyahıya “Santos”da 647 qol vuran Pele başçılıq edir. Lionel Messi ikincidir. İlk “üçlüy”ü portuqaliyalı Fernando Peyroteo qapayır.

1. Pele (Braziliya, “Santos”, 1957-74) - 647
2. Lionel Messi (Argentina, “Barselona”, 2004-dən) - 646
3. Fernando Peyroteo (Portuqaliya, “Sportinq”, 1937-49) - 543
4. Herd Müller (Almaniya, “Bavariya”, 1965-79) - 524
5. Cimmi Makqrori (Şotlandiya, “Seltik”, 1922-37) - 522
6. Cozef Biscan (Çexoslovakiya, “Slaviya”, 1937-55) - 520
7. Cimmi Cons (Şimali İrlandiya, “Qlenavon”, 1951-62) - 517
8. Co Bambrik (Şimali İrlandiya, “Linfild”, 1927-43) - 511
9. Uve Zeeler (Almaniya, “Hamburq”, 1954-72) - 506