10:42 08-01-2021
news_image
344
FUTBOL

“Tottenhem”dən gedir - Niderlanda

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Tobi Alderveyreld Premyer Liqanı tərk etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, belçikalı müdafiəçi karyerasını Niderland çempionatında davam etdirməyə yaxındır.

Tobi PSV-nin maraq dairəsindədir. Eydhoven təmsilçisi müdafiəçini qış transfer dövründə heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Alderveyreld 2015-ci ildən “Tottenhem”də oynayır. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.