
14:28
Portuqaliyanın “Alverka” klubunun futbolçusu Aleks Apolinario vəfat edib.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı braziliyalı xəstəxanada dünyasını dəyişib.
O, meydanda ürəyi dayandıqdan sonra xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. 2019-cu ildə Braziliyanın “Kruzeyro” klubundan transfer olunan Aleks Portuqaliyada ilyarım çıxış edib.
Qeyd edək ki, 3-cü liqa təmsilçisində çıxış etmiş Apolinario cari mövsüm 8 oyunda 2 qol vurub.