11:35 08-01-2021
news_image
1833
FUTBOL

De Byazinin AFFA-dan tələbi – Rusiyaya diqqət

Azərbaycan millisi ilə uğur qazanmaq istəyən baş məşqçi Canni de Byazi daxili çempionatda çıxış edən futbolçularla bunun baş tutmayacağını başa düşür.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis heyətin milliləşdirilmiş oyunçularla gücləndirilməsi üçün AFFA-nın qarşısına tələb qoyub.

Almaniya və Türkiyə kimi ölkələrdən aşağı yaş qrupu yığmalarına gənc oyunçu axtarışında olan assosiasiya əsas milliyə Rusiyada oynayan futbolçuların namizədliyi üçün hərəkətə gəlib. Bununla bağlı əvvəllər həmin ölkədə çıxış etmiş, həmçinin hazırda orada yaşayan veteran futbolçulara müraciət olunub.

Onlar arasında Emin Ağayev, Rasim Abuşov, Deni Qaysumov, Vyaçeslav Lıçkin və İqor Getman kimi Rusiya futbolu ilə bağlılığı və geniş əlaqələrə malik olan veteranlar vasitəçi rolunu oynayacaqlar. Seçim zamanı üstünlük Rusiyada çıxış edən əslən azərbaycanlı futbolçulara veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi martda DÇ-2022-nin seçmə mərhələsində mübarizəyə start verəcək. Komandamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla eyni qrupda yer alıb.