12:25 08-01-2021
news_image
292
FUTBOL

Premyer Liqanı tərk edir – Romero

İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı Serxio Romero ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu qış transfer dövründə vətəninə yollanacaq.

33 yaşlı qolkiper komanda yoldaşları və klub əməkdaşları ilə vidalaşıb. Mançester təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq Romero məşqlərini də Argentinada davam etdirir.

Din Hendersonun qayıdışından sonra Premyer Liqa klubunda ikinci qapıçı statusunu da itirən Romero cari mövsüm heç bir oyunda heyətə daxil edilməyib. Onun “Boka Xuniors”a keçəcəyi gözlənilir.

Qeyd edək ki, 2015-ci ilin yayından “Mançester Yunayted”də çıxış edən futbolçu 61 matçda meydana çıxıb.