12:42 08-01-2021
news_image
799
FUTBOL

“Keşlə”yə keçidi baş tutmadı – milli üzvünün

Premyer Liqada fasilə yaranan kimi “Zirə” ilə yollarını ayıran Rəşad Eyyubovun Bakının digər klubuna keçmək variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü “Keşlə”dən təklif alıb.

Hazırda azad agent statusuna malik olan 29 yaşlı yarımmüdafiəçi qəsəbə təmsilçisi ilə maddi məsələdə ortaq məxrəcə gələ bilməyib. Paytaxt təmsilçisinin şərtləri Eyyubovu qane etmədiyindən, tərəflər arasında danışıqlar mənfi yekunlaşıb.

Qeyd edək ki, karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi” və “Sabah”ın da formasını geyinmiş Rəşad Eyyubov “Zirə”yə sonuncu komandadan mövsümün əvvəlində keçmişdi.