13:42 08-01-2021
news_image
294
FUTBOL

“Vəziyyət daha da pisləşəcək” – portuqaliyalı baş məşqçi

İngiltərənin “Vulverhempton” klubunun baş məşqçisi Nuno Eşpirito Santo koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyəti dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis yoluxma halının daha da artacağını düşünür.

Pinto proqnozların onu qorxutduğunu etiraf edib: “Təəssüf ki, daha çox insan koronavirusa yoluxacaq. Proqnozlar fəlakətlidir, vəziyyət daha da pisləşəcək. Çox vaxt başqalarının hiss etdiyi hər şeyi hiss etmirik. Ancaq bu hər kəs üçün çətin bir zamandır. Oyunçular da insandır və virusa yoluxanların sayının artması qorxuncdur”.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov hazırda “Vulverhempton”da çıxış edir. Gənc forvard icarə əsasında formasını geyindiyi İsveçrə “Qrasshoppers”indən geri qaytarılıb.