14:52 08-01-2021
news_image
272
FUTBOL

Həmyerlisini PSJ-yə gətirir - Poçettino

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Serxio Aquero karyerasını Fransada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu PSJ-nin maraq dairəsindədir.

Paris təmsilçisinin yeni baş məşqçisi Maurisio Poçettino həmyerlisini komandasında görmək istəyir. Fransa klubu cənubi amerikalı forvardı azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır. Bu üzdən də PSJ Aqueronun müqaviləsinin yayda başa çatmasını gözləyir.

Qeyd edək ki, cari mövsüm zədələrdən əziyyət çəkən Serxio Premyer Liqada 5 matça çıxıb.