15:37 08-01-2021
news_image
1048
FUTBOL

İranlı müdafiəçini araşdırır – “Keşlə”

Qış transfer dönəminin fəal komandalarından olan “Keşlə” daha bir futbolçunu heyətinə cəlb edə bilər.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin maraq dairəsində olan növbəti oyunçu iranlı Navid Heydaridir.

Bakılılar hazırda ölkəsində “Sepidrud” klubunun formasını geyinən sol cinah müdafiəçisinin durumunu nəzərdən keçirir. Bu məsələdə klubda koordinator vəzifəsində çalışan Ramiz Məmmədov vasitəçi rolunu oynaya bilər. Vaxtilə İranda çalışmış Məmmədov əlaqələri sayəsində 24 yaşlı futbolçunun keçidinin baş tutma ehtimalını araşdırır.

Qeyd edək ki, qış fasiləsi ərəfəsində Şohrux Qadoyev, Artur Batista və Alvaro Tavareşlə yollarını ayıran “Keşlə” Anatole Abanq, Nicat Qurbanov və Sadio Tounkaranı transfer edib.