15:57 08-01-2021
news_image
676
FUTBOL

“Çarlton”dan qovulan futbolçu intim fotolarını satmağa başladı - FOTOSESSİYA

İngiltərəli futbolçu Madlen Rayt özünə yeni iş tapıb.

Apasport.az saytının məlumatına görə, ötən ay “Çarlton”dan qovulan futbolçu başqa sahədən qazanc əldə etməyə qərar verib.

Sükan arxasında şampan içdiyi və hava şarı ilə nəfəs aldığı iki videoçarx paylaşdığı üçün klubundan kənarlaşdırılan Madlen gözəlliyindən yararlanmağa üstünlük verib. O, “OnlyFans” servisində özünə profil açıb. Burada istifadəçilər onun intim fotolarına pulla abunə ola bilər. Rayt şəkillərini satmaqla qazanc əldə edəcək.

Qeyd edək ki, bir müddət öncə 19 yaşlı avstraliyalı tennisçi də öz intim fotolarını satmağa başlayıb.