16:28 08-01-2021
news_image
443
FUTBOL

Abdullah Zubir birinci yerdə - Premyer Liqada

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının ən çox məhsuldar ötürmə verən futbolçularının adları açıqlanıb.

Apasport.az-ın Peşəkar Futbol Liqasının feysbuk səhifəsinə istinadən məlumatına görə, siyahıya “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir başçılıq edir.

Fransalı hücumameyilli oyunçu 5 qolun assistini edərək, bu baxımdan zirvədə qərarlaşıb. “Neftçi”nin hücumçusu Yusuf Lavalla “Qəbələ”nin yarımmüdafiəçisi Nikolas Raysel hərəyə 4 məhsuldar ötürmə ilə 2-3-cü yerləri bölüşdürürlər.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada Zubir 3, onun həmyerlisi Raysel 2 qol vurubsa, nigeriyalı Laval hələ “siftə” etməyib.