16:47 08-01-2021
news_image
348
FUTBOL

“Səbail”lə vidalaşdı – 3 oyunluq legioner

Bakının “Səbail” klubu Bəxtiyar Rəhmani ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

“Səbail”lə iranlı yarımmüdafiəçi arasında müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilib. Futbolçu azad agent statusu alıb.

Qeyd edək ki, legioner paytaxt klubunda cəmi üç Premyer Liqa matçında meydana çıxıb.