17:26 08-01-2021
news_image
257
FUTBOL

14 yoluxma – Premyer Liqa klubunda

İngiltərənin “Aston Villa” klubu yeni koronavirus testinin nəticələrini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 14 nəfərin virusa yoluxduğunu bəyan edib.

Yoluxanlardan 10 nəfərin futbolçu olduğu bildirilib. Bu səbəbdən baza bağlatdırılıb, komanda karantinə alınıb. “Aston Villa” İngiltərə kubokunun 3-cü mərhələsinin “Liverpul”la oyununa gənclərdən ibarət komanda ilə çıxacaq.

Qeyd edək ki, bu gün keçiriləcək “Aston Villa” – “Liverpul” görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.