17:51 08-01-2021
news_image
352
FUTBOL

“Atletiko”nun qənimi ilə görüşəcək – “Barselona”

İspaniya kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, ölkənin iki ən nəhəng klubu “Real”la “Barselona”nın rəqibləri də bəlli olub.

Sonuncular bu raundda “Korneliya” ilə qarşılaşacaq. La Liqanın lideri “Atletiko”nu mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atan 3-cü divizion təmsilçisi bu dəfə Ronald Kumanın yetirmələri önündə sınaq verəcək.

“Real” da aşağı dəstə təmsilçisi ilə görüşəcək. Madridlilər “Alkoyano” ilə üz-üzə gələcək.

Qeyd edək ki, 1/16 final oyunları yanvarın 16, 17, 20 və 21-də keçiriləcək.