
13:02
İtaliyanın “Yuventus” klubunun futbolçusu Mateys de Liqt koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
21 yaşlı niderlandlı müdafiəçinin kotonavirus testi müsbət nəticə verib. O, təcrid olunaraq karantinə alınıb.
Qeyd edək ki, Mateysə qədər “Yuventus”da iki yoluxma halı aşkarlanıb. Niderlandlı cari mövsüm A seriyasında 9 oyun keçirib.