22:29 08-01-2021
news_image
275
FUTBOL

İlk arzusu reallaşdı – Ellardaysın

İngiltərə Premyer Liqasının autsayderlərindən olan “Vest Bromviç” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi Sem Ellerdaysın ilk oyunçu istəyi reallaşıb.

Şotlandiya millisinin və “Vest Hem”in yarımmüdafiəçisi Robert Snodqras təcrübəli mütəxəssisin rəhbərliyi altında çıxış edəcək. 33 yaşlı futbolçu ilə ilyarımlıq müqavilə imzalanıb.

Qeyd edək ki, Snodqras cari mövsüm Premyer Liqada 3 oyun keçirib.