23:07 08-01-2021
news_image
282
FUTBOL

“Çelsi”yə kömək etməyəcək - Kante

İngiltərənin “Çelsi” klubunun futbolçusu Nqolo Kante zədələnib.

Apasport.az saytının məlumatına görə, bunu London təmsilçisinin baş məşqçisi Frank Lempard açıqlayıb.

O bildirib ki, yarımmüdafiəçi iki həftə yaşıl meydanlardan kənar qalacaq. Fransalı qarşıdakı matçlarda komandasına kömək edə bilməyəcək. “Çelsi” bu müddətdə “Morkem”lə kubok, “Fulhem”lə çempionat matçına çıxacaq.

Qeyd edək ki, Kante cari mövsüm Premyer Liqada 17 oyun keçirib.