00:09 09-01-2021
news_image
329
FUTBOL

Hücumçu gətirir – “Atletiko”

İspaniyanın “Atletiko” klubu yeni hücumçu ilə gücləndirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Fransa “Lion”unun futbolçusu Mussa Dembeleni heyətinə qatacaq.

24 yaşlı forvard icarə əsasında yeni komandasına qoşulacaq. Tərəflər arasında anlaşmanın yaxın günlərdə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Dembele Liqa1-in cari mövsümündə 16 oyunda 1 qol vurub. O, əli sındığı üçün dekabrın 19-dan sonra meydana çıxmayıb.