10:32 09-01-2021
news_image
480
TOP OYUNLARI

Meydana maska ilə çıxdılar – qələbə qazandılar

ABŞ-da Universitetlərarası Basketbol Liqasında ilk yaşanıb. 

Apasport.az saytının məlumatına görə, “Boston Universiteti” – “Holi Kross” matçında ev sahibləri meydana maska ilə çıxıblar. 

Görüş koronavirus pandemiyası səbəbindən belə oynanılıb. Basketbolçular maskada mübarizə aparmağın onlar üçün hansısa problem yaratmadığını deyiblər. Matç “Boston Universiteti”nin 83:76 hesablı qələbəsi ilə yekunlaşıb. Bildirilib ki, “Holi Kross” da növbəti qarşılaşmasında maska ilə qüvvəsini sınayacaq. 

Eyni gündə meydana çıxan qadınlardan ibarət “Boston Universiteti” də qələbəyə sevinib. Onlar da maska ilə oynayaraq, “Holi Kross”a 76:56 hesabı ilə qalib gəliblər.