12:16 09-01-2021
news_image
266
FUTBOL

Bir gündən sonra “Osasuna” ilə oyuna yollandı – “Real”

İspaniya La Liqasının XVIII turunda “Osasuna” ilə qarşılaşmalı olan “Real” səfərə yollanmaqda çətinliklə üzləşib.

Apasport.az saytının məlumatına görə, buna səbəb hava şəraitinin kəskin pisləşməsidir.

Komanda dünən Madrid aeroportuna gedərək təyyarəyə minsə də, uçuşa icazə verilməyib. Həm yerin buzlu, həm də havanın əlverişsiz olması ucbatından təyyarə hərəkət etməyib. Gecəni Madriddə qalan komandanın təyyarəsinə, nəhayət, bu gün uçuş üçün icazə verilib.

La Liqa rəhbərliyinə vəziyyəti izah edən “Real” klubu matçın sabah oynanılmasını istəyib. Lakin qurum bu tələbi rədd edib. İspaniyada qar yağışı davam etdiyindən “Osasuna” rəhbərliyi stadionu təmizlətmək üçün əlavə işçi qüvvəsi cəlb edib.

Qeyd edək ki, bu gün keçiriləcək “Osasuna” – “Real” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.