13:30 09-01-2021
news_image
226
FUTBOL

Futbolçusu məhkəməyə verir - “İnter”i

İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Kristian Eriksen klubu məhkəməyə vermək fikrindədir.

Apasport.az saytının məlumatına görə, Danimarka millisinin üzvü 7 milyon avro transfer pulu tələb edir.

Ulduz futbolçunun meneceri Martin Şuts Milan təmsilçisindən təzminat pulu almaq üçün lazımi orqanlara müraciət etmək üçün sənəd toplayır. 2020-ci ildə A seriyasının ən uğursuz transferi sayılan Erikseni “İnter” başqa kluba satmaq niyyətindədir.

Qeyd edək ki, Kristian Eriksen “neradzurra”ya ötən ilin yanvarında 27 milyon avroya İngiltərə klubu “Tottenhem”dən keçib.