14:44 09-01-2021
news_image
470
FUTBOL

Dünyanın ən hündür binasında sürpriz evlilik təklifi - FOTOSESSİYA

Çinin “Şandonq Lunen” klubunun formasını geyinən Qratsiano Pelle sevgilisi Viki Varqaya sürpriz edib.

Apasport.az saytının məlumatına görə, İtaliya millisinin üzvü macarıstanlı modelə evlənmə təklifi edib.

Cütlük Dubayda istirahət edərkən dünyanın ən yüksək binalarından birinin damına çıxıb. Orada isə Pelle 2016-cı ildən birlikdə olduğu sevgilisinə evlənmə təklifi edib. Buna təəccüblənən Varqa müsbət cavab verib. Pelle “Vest Hem”ə keçməyə yaxın olduğundan, cütlüyün evliliyin ilk illərini İngiltərədə keçirməsi gözlənilir.

Qeyd edək ki, 2016-cı ildən “Şandonq Lunen”in formasını geyinən Qratsiano Pelle 133 oyunda 62 qol vurub.