15:02 09-01-2021
news_image
301
FUTBOL

6 futbolçusu ilə vidalaşır – “Beşiktaş"

Türkiyənin “Beşiktaş” klubu bir neçə futbolçusu ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, başda xorvatiyalı hücumçu Mario Mandzukiç olmaqla bir neçə oyunçu ilə güclənməyi planlaşdıran İstanbul nəhəngi boş yer açmaq üçün 6 nəfərlə vidalaşmağı düşünür.

Heyətdən kənarda qalan Nikolas İsimat-Mirin, Duqlas və Cermeyn Lansın yola salınacağı artıq dəqiqdir. Həmçinin Adəm Lyayiç və yeni müqaviləyə razılıq verməyən Dorukhan Toközün satılması, Aydin Hasiçin isə icarəyə verilməsi nəzərdən keçirilir.

Qeyd edək ki, Super Liqanın 16 oyununda 34 xal toplayan “Beşiktaş” turnir cədvəlinə başçılıq edir.