
00:32
“Barselona” İspaniya La Liqasının XVIII turunda “Qranada” ilə qarşılaşır.
Apasport.az saytının məlumatına görə, hazırda davam edən və Kataloniya klubunun 3:0 hesabı ilə öndə olduğu görüş “Barsa”nın yarımmüdafiəçisi Serxio Buskets üçün əlamətdar olub.
Çünki 32 yaşlı orta sahə oyunçusu doğma komandasının heyətində 600-cü matçına çıxıb. O, “Barsa”da ən çox oyun keçirən futbolçular arasında 4-cü pillədədir. İlk “üçlük”də Andres İnyesta (674 oyun), Lionel Messi (751) və Xavi Ernandes (767) qərarlaşır.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Serxio Buskets 2008-ci ildən əsas komandada çıxış edir.