22:55 09-01-2021
news_image
279
FUTBOL

Lempardın yerinə namizədlər – 5 məşqçi

İngiltərənin “Çelsi” klubu baş məşqçi axtarışlarına başlayıb.

Apasport.az saytının məlumatına görə, Frenk Lempardın işindən məmnun olmayan rəhbərlik artıq bəzi namizədlər müəyyənləşdirib.

PSJ-dən yenicə istefaya göndərilən Tomas Tuxel, “Leypziq”in sabiq çalışdırıcısı Ralf Ranqnik, son olaraq “Yuventus”a rəhbərlik etmiş Massimiliano Alleqri, “Leypziq”in baş məşqçisi Yulian Naqelsman və “Sauthempton”un çalışdırıcısı Ralf Hazenhyuttl “zadəganlar”ın sükanı arxasına keçməyə namizədlərdir.

Qeyd edək ki, “Çelsi” Premyer Liqada 17 turdan sonra 26 xalla 9-cu pillədə qərarlaşıb.