23:12 09-01-2021
news_image
298
FUTBOL

Daha bir tarixi rekord – Messidən

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi daha bir tarixi rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz La Liqanın XVIII turunda “Qranada” ilə səfər görüşündə buna nail olub.

Matçın ilk hissəsində dubl edən 33 yaşlı oyunçu cari mövsüm çempionatda qol sayını 11-ə çatdıraraq bombardirlər yarışında liderliyə yüksəlib. Bununla Messi İspaniya çempionatları tarixində ardıcıl 15 mövsüm ən azı 10 qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, hazırda davam edən “Qranada” – “Barselona” qarşılaşmasında qonaqlar 4:0 hesabı ilə öndədir.