12:14 10-01-2021
news_image
243
FUTBOL

“Atletiko”dan “Fiorentina”ya – “Arsenal”ın futbolçusu

İngiltərənin “Arsenal” klubunun futbolçusu Lukas Torreyra karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, hazırda İspaniya “Atletiko”sunda icarədə olan yarımmüdafiəçi “Fiorentina”nın maraq dairəsindədir.

London təmsilçisi madridlilərlə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsini istəyir. “Topçular” 24 yaşlı uruqvaylını mövsümün sonunadək Florensiya klubuna göndərməyi daha məqsədəuyğun sayır.

Qeyd edək ki, Toreyra “Arsenal”a 2018-ci ilin yayında “Sampdoriya”dan 30 milyon avroya keçib.